Doğuş zamanı daha bir ölüm - Nazirlikdən reaksiya

  22 Fevral 2019    Oxunub : 1417
 Doğuş zamanı daha bir ölüm - Nazirlikdən reaksiya
"Kürdəmirdə baş verən ana ölümündə təqsirkar olan şəxslər cəzalandırılacaq"

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Kürdəmir rayonu, Carlı rayon sakini 19 yaşlı Nuranə Sədrəddin qızı Novruzovanın doğuş zamanı ölümü ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
“Ekspertizanın rəyindən sonra qadının dəqiq hansı səbəbdən dünyasını dəyişdiyi bilinəcək və istintaqın yekununda təqsirli tərəf cəzasını alacaq”.

Qeyd edək ki, ötən gün doğuş sancıları ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğuş şöbəsinə yerləşdirilən Nuranə Novruzova 3,4 kq-lıq oğlan uşağı dünyaya gətirib. Doğuşdan təqribən 15-20 dəqiqə sonra anada boğulma halı baş verib. Həkimlər onu reanimasiya etmək istəsələr də, Nuranənin həyatını xilas etmək mümkün olmayıb. Yeni doğulan körpənin vəziyyəti normal olduğu deyilir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Kürdəmir   Ölüm