“ASAN Viza”ya “Radiant Launch” mükafatı təqdim olunub

  22 Fevral 2019    Oxunub : 1047
“ASAN Viza”ya “Radiant Launch” mükafatı təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib.
Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev və digər qonaqlar iştirak ediblər.



Öncə “ASAN Viza” sistemin yaradılması məqsədləri, fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verilib. Sonda “ASAN Viza” üçün “Radiant Launch” mükafatı təqdim olunub.



Qeyd edək ki, 11-13 dekabr 2018-ci il tarixində Tailand Krallığının Banqkok şəhərində keçirilən Sərhəd İdarəetməsi və Kimlik konfransı çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatı “ASAN Viza”nı APSCA (Association of Professional Social Compliance Auditors) tərəfindən təşkil olunan “Radiant Launch” nominasiyası üzrə qalib elan edib.



“Radiant Launch” mükafatı son 18 ayda həyata keçirilən ictimai xidmətlər və tətbiqlər sahəsindəki ən uğurlu layihələrə təqdim edilir. “ASAN Viza” və BMqT arasındakı əməkdaşlıq çərçivəsində BMqT tərəfindən vizaların verilməsi işinin təkmilləşdirilməsi üzrə mütəmadi olaraq dəstək verilir.



Azvision.az

Teqlər: ASAN-Viza