Bakıda sərnişin avtobusunda yanğın olub - FOTO

Bakıda sərnişin avtobusunda yanğın olub -    FOTO
  22 Fevral 2019    Oxunub:2336
Bir qədər əvvəl Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov-28 May m-su) hərəkət avtobusda yanğın hadisəsi olub.
Azvision.az -ın xəbərinə görə, məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırma aparılıb. Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan avtobusda baş verib. Mühərrik hissəsində qısaqapanma olub. Avtobusda sərnişin olmayıb.



Azvision.az



Teqlər: BNA   Yanğın  





Xəbər lenti