Tovuzda Qrad raketinin qalıqları tapıldı

Tovuzda Qrad raketinin qalıqları tapıldı
  23 Fevral 2019    Oxunub:2450
Fevralın 21-də Tovuz rayonunun Qovlar şəhəri ərazisində 1 ədəd mərmi tapılıb.
Azvision.az ANAMA-ya istinadən xəbər verir ki, daxil olmuş məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmuş siqnalın 2,5 m dərinlikdə olduğu nəzərə alınaraq, 2019-cu il 21-22 fevral tarixlərində ərazidə qazıntı işləri aparılıb, nəticədə 1 ədəd 122 mm-lik 9M22S (Qrad) raketinin partlamış qalıqları aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 12 kv.m ərazi 2.5 m dərinliyində yoxlanılmış, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA   Tovuz  





Xəbər lenti