“Mənzil bazarında yeni tendensiya formalaşacaq” - Ekspert

  “Mənzil bazarında yeni tendensiya formalaşacaq” -    Ekspert
  23 Fevral 2019    Oxunub:3786
"Araşdırmalar göstərir ki, Bakı şəhərində ucuz mənzillər üzrə təklif portfelinin həcmi kəskin şəkildə daralmaqdadır"

Bu barədə Azvision.az -a daşınmaz əmlak eksperti Ramil Osmanlı deyib. O bildirib ki, bu tendensiya uzun müddət davam edərsə, ucuz mənzillər üzrə qiymət artımı baş verə bilər.
"Nəzərə almaq lazımdır ki, prezidentin çoxmənzilli binalarla bağlı müvafiq fərmanından sonra mənzil bazarında yeni tendensiya formalaşacaq. Bazara artıq ipoteka kreditlərinə cəlb oluna biləcək tikililər çıxacaq ki, bu, qismən də olsa ucuz mənzillər bazarında təklifin artımına səbəb olacaq".



R.Osmanlı, həmçinin əcnəbi vətəndaşlar tərəfindən Azərbaycanda daşınmaz əmlak alınmasından söz açıb. Qeyd edib ki, müəyyən siyasi-iqtisadi proseslər zəminində bu tendensiyanın nisbətən artıb-azalması müşahidə edilir.

"Məsələn, İranda müəyyən gərginlik müşahidə olunan zaman Azərbaycanda daşınmaz əmlak bazarında xarici vətəndaşların aktivliyi müşahidə olunur. Tutaq ki, ərəb ölkələrindən ölkəyə turist axını başladıqdan sonra onlar tərəfindən də mənzillərin alışı artıb. Lakin bu, o qədər kəskin xarakterli deyil".

R.Osmanlı əlavə edib ki, xarici vətəndaşların daşınmaz əmlak bazarında payı təqribən 2-3 faiz təşkil edir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ekspert   Əmlak  





Xəbər lenti