Sarkisyan inqilabın olacağını bilirmiş - Ölkədən 500 milyon dollar çıxarılıb
Belə ki, Ermənistanla bağlı dərc edilən hesabat əhali arasında və sosial şəbəkələrdə ciddi müzakirələr yaradıb. Səbəb isə mərkəzin təqdim etdiyi məlumatın sabiq prezident Serj Sarkisyan hökumətinin Nikol Paşinyanın inqilabı barədə əvvəlcədən xəbərdar olduğunu üzə çıxarmasıdır.
Erməni ekspertlərin fikrincə, Ermənistanın iqtisadi və siyasi elitası yaxınlaşan burulğanlı siyasi proseslər barədə əvvəlcədən məlumatlı olublar və öz pullarını “sığortalayıblar”.
“Bütün münasibətlərdə belə bir maraqlı fakt ortaya çıxır: 28 illik müstəqillik tarixində Ermənistandan xaricə rekord kapital qaçışı məhz “məxməri inqilab” ərəfəsində qeydə alınıb. Bu faktın özü hər şeyi izah edir” – erməni politoloq Artur Martirosyan bəyan edib.
Qeyd edək ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın ötən ilin aprelində başlatdığı kütləvi küçə aksiyaları nəticəsində o zamankı baş nazir (əvvəllər prezident, konstitusiyaya edilən dəyişikliklə əlaqədar parlament üsul-idarəsinə keçildikdən sonra 2018-ci ilin 17-23 aprelində baş nazir ) Serj Sarkisyan istefa vermişdi.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ermənistan İnqilab