“Yarmarkaların təşkili Prezidentin birbaşa tapşırığıdır” - Zeynal Nağdəliyev

“Yarmarkaların təşkili Prezidentin birbaşa tapşırığıdır” -  Zeynal Nağdəliyev
  02 Mart 2019    Oxunub:5442
"Novruz bayramı ilə bağlı kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkili Prezident İlham Əliyevin birbaşa tapşırığıdır. Prezident İlham Əliyev bu gündən Novruz bayramı ilə bağlı belə yarmarkaların hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün olmaq şərtilə təşkil olunmasını tapşırıb"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev deyib. Prezidentin köməkçisi bildirib ki, 14 yerdə təşkil olunan yarmarkalarda satışa 42 rayondan 52 çeşiddə məhsullar çıxarılıb:

“Yarmarkaların keçirilməsində əsas məqsəd odur ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər, sahibkarlar öz məhsullarını gətirib bu yarmarkalarda sata bilsinlər. Həmçinin şəhər sakinləri ucuz qiymətə məhsullar alsınlar. Elə məhsullar var ki, qiyməti iki dəfə, iki dəfədən çox aşağıdır, elə məhsullar da var ki, topdansatışdan 20 faiz, bazar qiymətlərindən isə 30-40 faiz ucuzdur. İşi elə səviyyədə təşkil etməliyik ki, qiymətlər nəzərəçarpacaq dərəcədə aşağı olsun, eyni zamanda, çeşid genişlənsin və keyfiyyət yüksək olsun".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Zeynal-Nağdəliyev  





Xəbər lenti