Quba “ASAN Həyat”da Bahar festivalı - FOTOLAR

Quba “ASAN Həyat”da Bahar festivalı -  FOTOLAR
  04 Mart 2019    Oxunub:4094
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “ASAN Həyat” Bahar Festivalı keçirilir.
Azvision.az xəbər verir ki, ötən gün Quba "ASAN həyat" kompleksində Bahar festivalına start verilib.



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə jurnalistlərə açıqlamasında bildirib ki, tədbirin əsas məqsədi qədim Novruz adət-ənənələrinin yaşadılması, təbliği və yeni nəsillərə çatdırılmasıdır.

Onun sözlərinə görə, 2-5 mart Qubada, 12-16 mart Şəki, 16-19 mart tarixlərində isə Masallı kompleksində tədbir davam etdiriləcək: "Tədbirin əsas özəlliklərindən biri də Novruz bayramını qeyd edən dövlətlərin diplomatik nümayəndələrinin festivalda iştirakıdır. Bununla yanaşı, Azərbaycanın digər milli etnik azlıqları da öz adət ənənə nümunələri ilə festivalda iştirak edirlər. Həmçinin, festivalda yarmarka və konsert proqramı da təşkil olunur. Özbəkistan, İran, Qazaxıstan, Qırğızıstanın diplomatik nümayəndələri burada iştirak edir".



Qeyd edək ki, tədbir çərçivəsində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhlivan və kəndirbaz oyunları, milli ornomentlərin sərgisi, idmaçıların çıxışları, müxtəlif konsert proqramları təşkil olunacaq, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası təşkil ediləcək. Festivalda, həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunacaq. Bu trucklərdə “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçiriləcək.

















Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASAN-Həyat   Bahar-festivalı  





Xəbər lenti