Estoniyada erməni təxribatının qarşısı alındı

  04 Mart 2019    Oxunub : 1333
 Estoniyada erməni təxribatının qarşısı alındı
Estoniyada keçirilən kitab sərgisində Ermənistanın həyata keçirmək istədiyi növbəti təxribatın qarşısı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən alınıb.
Səfirlikdən verilən məlumata görə, Estoniyanın Milli Kitabxanasında keçirilən kitab sərgisində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən yalanla dolu kitablar və xəritələr səfirliyimizin, eyni zamanda, Estoniyadakı Azərbaycan diasporunun nümayəndələrinin səyləri nəticəsində müsadirə edilib. Ermənistanı təmsil edən nümayəndələr bu əməllərinə görə üzrxahlıq ediblər.

Həmin sərgidə Azərbaycan və türk müəlliflərinin qondarma “erməni soyqırımı”nı ifşa edən kitabları da nümayiş etdirilir. (AzərTAc)

Azvision.az

Teqlər: Estoniya   Təxribat