“Qarabağdakı xarici şirkətlərlə bağlı müraciət edəcəyik” - XİN rəhbəri

 “Qarabağdakı xarici şirkətlərlə bağlı müraciət edəcəyik” -  XİN rəhbəri
  05 Mart 2019    Oxunub:1746
"Digər münaqişələrdən fərqli olaraq Azərbaycanın hüquqi əsasları var ki, münaqişənin həllinə iddialı olsun".
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda "Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər: Üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Nazir vurğulayıb ki, etnik təmizləməyə məruz qalan azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar: "İşğal olunmuş ərazilərdə xarici ölkələrə məxsus şirkətlərin fəaliyyəti qəbulolunmazdır. Bunu Cenevredə olarkən orada qaldırdım. Bildirdim ki, bu münaqişənin həllinə töhfə verməyən məsələdir. Əksinə əngəllər yaradır. Biz bu xarici şirkətlərlə bağlı onların məxsus olduğu ölkələrə müraciət edəcəyik. Çünki burada məsuliyyət həmin ölkələrin üzərinə düşür. Onlar imkan verməməlidir ki, həmin şirkətlər beynəlxalq qanunları pozsunlar".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti