FHN-dən əhaliyə Novruz xəbərdarlığı - Video

   FHN-dən əhaliyə Novruz xəbərdarlığı -    Video
  05 Mart 2019    Oxunub:1794
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət
FHN-dən Azvision.az -a verilən məlumata görə, müraciətdə deyilir: "Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!



Azvision.az


Teqlər: FHN   Novruz   Yanğın  





Xəbər lenti