Avropa Təhlükəsizlik Şurası yaradılır

 Avropa Təhlükəsizlik Şurası yaradılır
  05 Mart 2019    Oxunub:1606
Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın da daxil olacağı Avropa Təhlükəsizlik Şurasının yaradılmasını təklif edib.

Azvision.az xəbər verir ki, bu barədə Makron Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində Avropa vətəndaşlarına etdiyi yazılı müraciətində deyib.
“Son 2 ildə əhəmiyyətli irəliləyiş olub, amma biz kursumuzu aydınlaşdırmalıyıq: Müdafiə və təhlükəsizlik haqqında müqavilə bizim NATO və Avropa müttəfiqlərimizlə əlaqəli zəruri öhdəliklərimzi - hərbi xərclərin artırılması, birgə müdafiə haqqında qüvvəyə minən müddəaları, kollektiv qərarlarımızın hazırlanması üçün Birləşmiş Krallığın da daxil olduğu Avropa Təhlükəsizlik Şurasının yaradılmasını müəyyənləşdirəcək” – Makron vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Fransa prezidenti ABŞ-dan asılı olmayan, müstəqil “Vahid Avropa Ordusu”nun yaradılmasını təklif etmişdi. Onun bu istəyi Vaşinqtonun narazılığına səbəb olmuşdu.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Avropa   Fransa   ABŞ  





Xəbər lenti