Offşor şirkətlər Qarabağda qanunsuz fəaliyyət göstərir

  Offşor şirkətlər Qarabağda qanunsuz fəaliyyət göstərir
  05 Mart 2019    Oxunub:2043
"Bir çox hallarda işğal olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlər ya Ermənistanda qeydiyyata alınır, ya da offşor şirkətlərdir"
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib. Nazir müavini bildirib ki, bu şirkətlər işğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olaraq, orada olan xammalı xarici ölkələrə ixrac edirlər:

"Ermənistanın dövlət strukturları bu qeyri-qanuni fəaliyyəti dəstəkləyir, istehsal, ixrac və ticarəti açıq şəkildə təşviq edirlər. Mədən şirkətləri qanunsuz lisenziya alıb, ixrac siyasəti həyata keçirirlər. Bu fəaliyyətləri heç bir ölkə qanunu hesab etməməli və buna dəstək göstərməməlidir. Qeyri-qanuni fəaliyyətlər xənayət kimi beynəlxalq hüquqi sənədlərdə əks olunub və həmin şirkətlər məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan sıx şəkildə beynəlxalq şirkətlərlə və beynəlxalq maliyyə institutları ilə çalışır".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti