“Azərbaycan dünya miqyasında nümunəvi ölkədir” - Mark Şnayner

   “Azərbaycan dünya miqyasında nümunəvi ölkədir” -    Mark Şnayner
  05 Mart 2019    Oxunub:2099
"Azərbaycanda tolerantlıq ili elan etməyə ehtiyacı yoxdur. Azərbaycanda hər il tolerantlıq ilidir"
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın "Etnik Anlaşma Fondu"nun prezidenti Ravvin Mark Şnayner "Dinlərarası və sivilizasiyalararası diaqlodan əməkdaşlığa doğru" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, 100 illiklərlə Azərbaycanda tolerantlıq, dözümlülük hökm sürüb: "Azərbaycan təkcə müsəlman aləmində deyil , həmçinin dünya miqyasında nümunəvi ölkədir. Çünki bunun bünövrəsini Heydər Əliyev qoyub, onun üçün tolerantlıq, dözümlülük prioritet məsələsinə çevrilib. Azərbaycan dini tolerantlıq mövzusunda digər dövlətlərə örnək olmalıdır ki, onlar sizdən nümunə götürsün".

R.M.Şnayener qeyd edib ki, evangelist xristianları ilə dünya müsəlmanları arasında körpü yaratmağı qarşılarına məqsəd qoyublar: "Əslində biz burda tədqiqat aparmağa gəlmişik. Müşahidələrimiz əsasında deyə bilərik ki, hələki müsəlmanlarla evangelist xritsianları arasında anlaşma yoxdur. Amma Azərbaycan kimi dövlətdə bu tədbirə tanınmış evangelist liderlərinin qatılması tədbirin mahiyyətinə böyük töhfə verir. ABŞ-da azərbaycanlılarla xristianlar arasında olan boşluq Azərbaycandakı təbliğatlar əsasında aradan qaldırıla bilər. Azərbaycanı çox sevirəm və dünya miqyasında tanınması üçün əlindən gələni edəcəm".

Aytən Zəhra
Azvision.az



Teqlər: Ravvin   ABŞ   Din  





Xəbər lenti