“Xalqı sülhə, yoxsa başqa istiqamətə hazırlayaq?” - Rəsmi Bakıdan İrəvana sual

“Xalqı sülhə, yoxsa başqa istiqamətə hazırlayaq?” -  Rəsmi Bakıdan İrəvana sual
  05 Mart 2019    Oxunub:2618
"Ermənistan tərəfinin son bəyanatları sülhə nail olmağa xidmət etmir".
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın XİN rəhbəri Miroslav Layçak ilə görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bu bəyanatlar xoşa gələn deyil və pozitiv mühiti öldürür: "Paris görüşündən sonra həmsədrlər pozitiv bəyanatla çıxış etdilər. Bildirdilər ki, xalqlar sülhə hazırlanmalıdır. Amma erməni tərəfinin bəyanatları buna inanmağa imkan vermir. Bununla bağlı özümüz də təhlilər aparmalıyıq. Ona görə ATƏT sədrindən xahiş etdim ki, İrəvanda olarkən erməni tərəfindən soruşsun ki, biz xalqları sülhə, yoxsa başqa istiqamətə hazırlayaq?".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti