“Dövlət “Parni iz Baku”ya qadağa qoymayıb” - Əbülfəs Qarayev

  05 Mart 2019    Oxunub : 735
“Dövlət “Parni iz Baku”ya qadağa qoymayıb” - Əbülfəs Qarayev
Tahir İmanov və "Parni iz Baku" kollektivinin fəaliyyətindən Mədəniyyət Nazirliyi daima xəbərdar olub. Onların konsertləri üçün nazirlik tərəfindən Heydər Əliyev Sarayında şərait yaradılıb.

Azvision.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, teatrın fəaliyyətinə heç vaxt dövlət tərəfindən qadağa qoyulmayıb:
"Özəl şirkətlərin fəaliyyətinə müdaxilə edə bilmərəm. Ancaq onlara məsləhət, tövsiyyə verə bilərəm. Yaxın günlərdə onların filmlərinin təqdimatı oldu. Tahirgil bizdən nümayiş haqqında xahiş etmişdilər. Həmçinin aprel ayında Heydər Əliyev sarayında konsertləri olacaq. Göründüyü kimi dövlət tərəfindən bu cür məhdudiyyətlər qoyulmayıb. Özəl televiziyaların fəaliyyətinə gəlincə, onların işinə müdaxilə edə bilmərəm. Onlara yalnız tövsiyə verə bilərik

Onlar istedadlı və cəmiyyətə lazım olan gənclər kimi tanınırlar. Arzu edərdim ki, özəl kanallarda da səviyyəli və zəngin təcrübəyə malik olan Bədii Şuralar yaradılsın. Efirlərdə əyləncə proqramları ilə yanaşı, mədəniyyəti ciddi formada təbliğ edən verilişlərə də yer ayrılmalıdır".

Şəhanə Rəhimli
Azvision.az

Teqlər: Əbülfəs-Qarayev