Prezident Rasim Balayevə zəng etdi: “Soruşdu ki, hansı təkliflərin var”

 Prezident Rasim Balayevə zəng etdi:   “Soruşdu ki, hansı təkliflərin var”
  05 Mart 2019    Oxunub:27298
Prezident İlham Əliyev Xalq artisti, tanınmış aktyor Rasim Balayevə zəng edib.
Bu barədə Azvision.az -a aktyor özü məlumat verib.

“Prezident mənə dedi ki, biz sənə hörmətlə yanaşırıq, tədbirə dəvət olunmamağının günahkarı siyahını tərtib edənlərdir. Bu, bizim sənə münasibətimizin göstəricisi deyil”.

Aktyor bildirib ki, prezident ondan hansı təkliflərinin olduğunu soruşub: “Dedim ki, Azərbaycan kinosu pis vəziyyətdədir. Bu baxımdan kinomuzun inkişafına diqqət ayrılmalıdır. Sonra təşəkkür etdim ki, Azərbaycan kinosuna 5 milyon manat pul ayırıb. Kinodan kənardan qalmağımla bağlı isə danışıb, vaxtını almadım. Həm də Azərbaycan kinosunun maliyyəsi olmasa, film necə çəkilər. Dövlət başçısı dedi ki, gələcəkdə görüşlərimiz, söhbətlərimiz olacaq”.

Şəhanə Rəhimli
Azvision.az


Teqlər: İlham-Əliyev   Aktyor  





Xəbər lenti