Ermənistanda Paşinyana qarşı etiraz aksiyası keçiriləcək

  05 Mart 2019    Oxunub : 1002
 Ermənistanda Paşinyana qarşı etiraz aksiyası keçiriləcək
Ermənistan İslahatçılar partiyasının sədri Vahan Babayan Nikol Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyasına hazırlaşır.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya mart ayının sonunda "Vədlərinizi yerinə yetirin!" şüarı altında keçiriləcək.

Hazırda aksiyaya hazırlıq işlərinin aparıldığı, tezliklə dəqiq vaxtın açıqlanacağı bildirilib.

Azvision.az

Teqlər: Ermənistan   Paşinyan