Türkiyənin yeni spikeri Azərbaycana gəldi

  06 Mart 2019    Oxunub : 991
Türkiyənin yeni spikeri Azərbaycana gəldi
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-da Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Mustafa Şentopu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Jurnalistlərə müsahibəsində Mustafa Şentop qeyd edib ki, Türkiyə Böyük Millət Məclisinin sədri seçildikdən sonra ilk səfərini dost və qardaş Azərbaycana edir.

Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyini qeyd edən parlament sədri deyib: “Azərbaycan və Türkiyə əlaqələri “bir millət, iki dövlət” şüarı ilə bütün sahələrdə sürətlə genişlənir. İki ölkə həm regional, həm də beynəlxalq məsələlərdə əməkdaşlıq edir. Bu səfərin ölkələrimiz, o cümlədən, parlamentlərimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inanıram”. (AzərTac)

Azvision.az

Teqlər: TBMM   Spiker   Bakı