Gülnarə Kərimova həbs olundu

   Gülnarə Kərimova həbs olundu
  06 Mart 2019    Oxunub:4480
Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova Daşkənddə həbs olunub.

Azvision.az xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, G.Kərimova 2015-ci ildə vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyununda onun cəzası ev dustağlığı ilə əvəzlənib.
G.Kərimova bu müddətdə ev dustağı kimi ölkə qanunlarını pozduğuna görə yenidən həbsxanaya göndərilməsi barədə qərar qəbul olunub.

Qeyd edilib, sabiq prezidentin qızı Özbəkistana 2 milyard dollar ziyan vurub. Bu səbəbdən onun 12 ölkədə olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyulub.





Azvision.az



Teqlər: Özbəkistan   Gülnarə-Kərimova  





Xəbər lenti