Yanğın nəticəsində 22 nəfərə tibbi yardım göstərilib

 Yanğın nəticəsində 22 nəfərə tibbi yardım göstərilib
  06 Mart 2019    Oxunub:2475
Bakıda məcburi köçkünlərin yataqxanasında baş vermiş yanğın nəticəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stanasiyasına 22 müraciət daxil olub.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 8 nəfərə hadisə yerində yardım göstərilib.
“14 nəfər 1 saylı Klinik Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, onlardan 5 nəfəri hospitalizasiya edilib və vəziyyətləri orta ağır qiymətləndirilir. Digərləri ambulator qaydada yardım göstərildikdən sonra evə buraxılıb. 2 nəfər isə həkim gələnə qədər ölüb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan İncəsənət Universitetinin balansında olan, hal-hazırda Ağdam rayon məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində 1942-ci il təvəllüdlü Səriyə Hacıyevaya məxsus evdə yanğın olub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Yanğın   Yataqxana  





Xəbər lenti