Rusiyada qəzada ölən azərbaycanlıların adları açıqlandı

  06 Mart 2019    Oxunub : 3602
Rusiyada qəzada ölən azərbaycanlıların adları açıqlandı
Rusiyanın Stavropol diyarında baş vermiş ağır yol-nəqliyyat qəzasında həlak olan azərbaycanlıların adları məlum olub.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycandan Moskvaya gedən avtomobilin yük maşını ilə toqquşması nəticəsində altı nəfər həlak olub.

Onlar Həsənov Rəsul Ənvər oğlu, İsmayılov Şəmsi Tanrıverdi oğlu, Əhmədov Namiq Tohid oğlu, Abdullayev Ələmdar Niftalı oğlu, Quliyev Vüsal Əli oğlu və Şirinov Xəyal Hamlet oğludur. Qəzada yaralanan daha 5 nəfər Nevinnomıssk xəstəxanasına yerləşdirilib.

Azvision.az

Teqlər: Rusiya   Qəza   Ölüm