Nazirlik: Suallara canlı yayımda cavab veriləcək

  06 Mart 2019    Oxunub : 1039
 Nazirlik: Suallara canlı yayımda cavab veriləcək
Birinci sinfə qəbulla bağlı suallara cavab veriləcək.

Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, “Təhsil” televiziyasının “Həftənin sualı” verilişinin martın 7-si saat 11.00-da nazirliyin saytı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq buraxılışında birinci sinfə qəbulla bağlı bütün suallara aydınlıq gətiriləcək.
Sualları Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul şəxsləri cavablandıracaq.

Vətəndaşlar ümumi təhsilə dair suallarını canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yaza bilərlər.

Azvision.az

Teqlər: Təhsil-Nazirliyi