Sabah “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək

  07 Mart 2019    Oxunub : 887
Sabah “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək
8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri - iş günü olacaq.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişliŞəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Azvision.az

Teqlər: ASAN-Kommunal