Xırdalanda ev yanıb, 42 yaşlı kişi ölüb

 Xırdalanda ev yanıb, 42 yaşlı kişi ölüb
  07 Mart 2019    Oxunub:2751
Xırdalan şəhərində ölümlə nəticələnən yanğın baş verib.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otaqlı mənzildə yataq dəsti və ev əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı əriyib.
Yanğının kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü Şıxməmmədov Namiq Kamal oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Xırdalan  





Xəbər lenti