ABŞ Konqressindən Trampa zərbə

 ABŞ Konqressindən Trampa zərbə
  07 Mart 2019    Oxunub:2230
ABŞ Konqressi Pentaqona “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqavilədə nəzərdə tutulan raketlərin tədarükünü və yerləşdirilməsini, eləcə də, onların sınağı üçün dövlət büdcəsindən istifadəni qadağan edən qanun layihəsi hazırlayıb.
Azvision.az xəbər verir ki, qanun layihəsinin mətni ABŞ Konressinin rəsmi saytında yerləşdirilib.

“2020-ci və sonrakı maliyyə illərində Müdafiə Nazirliyinə ayrılacaq büdcə və ya onun hansısa şəkildə əldə edəcəyi vəsaitlər “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqavilə ilə qadağan olunmuş hər hansı raketlərin sınağı, qiymətləndirilməsi, tədarükü və ya yerləşdirilməsi üçün xərclənə bilməz” – qanun layihəsində vurğulanır.

Qanun layihəsini demokrat konqressmen xanım, ABŞ prezidentliyinə namizəd Tulsi Qabbard fevralın ortalarında baxılması üçün Nümayəndələr Palatasına təqdim edib. Lakin ekspertlərə görə, onun təşəbbüskarı olduğu bu qanun layihəsinin Konqressin hər iki palatasında qəbulu çətin ki, baş tutsun. Çünki əksər konqressmenlər prezident Donald Trampın “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqavilədən çıxmaq barədə sərt qərarını dəstəkləyirlər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Konqress   ABŞ  





Xəbər lenti