“Meşələrin çəpərlənməsi daimi olmayacaq” - Nazir müavini

  07 Mart 2019    Oxunub : 511
“Meşələrin çəpərlənməsi daimi olmayacaq” - Nazir müavini
"Meşələrin çəpərlənməsi daimi olmayacaq. Təbii bərpa prosesindən sonra çəpərlər söküləcək. Belə təcrübə Qırğızıstanda da var"
Azvision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda meşələrin çəpərlənməsi yalnız kənar müdaxilələr olarsa, həyata keçiriləcək: "Bəzi meşə fondu ərazilərinə mal-qaranın girişinin qarşısı alınmalıdır. Bu halların qarşısının alınması üçün meşələrin çəpərlənməsi təcrübəsinin tətbiqi faydalı olar".

F.Əliyev xaricdən ting gətirən iş adamlarına isə müraciət edərək bildirib ki, ETSN-nin kifayət qədər yerli şəraitə uyğunlaşdırılmış tingləri var və buna görə də xaricdən tinglərin gətirilməsinə ehtiyac yoxdur.

Aytən Zəhra
Azvision.az

Teqlər: Meşə   ETSN