Şəmkirdə “QAZel” dirəyə çırpılıb, sərnişin ölüb

  07 Mart 2019    Oxunub : 731
Şəmkirdə “QAZel” dirəyə çırpılıb, sərnişin ölüb
Martın 6-da saat 17 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Qılıncbəyli kənd sakini Ş.Məmmədov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.
DİN Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən Kür qəsəbə sakini S.Həşimov hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza