Azərbaycanın iki hərbi qulluqçusu qar uçqununa düşüb

 Azərbaycanın iki hərbi qulluqçusu qar uçqununa düşüb
  07 Mart 2019    Oxunub:6688
Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Uçqun  





Xəbər lenti