Vasif Talıbovdan yeni təyinat

   Vasif Talıbovdan yeni təyinat
  08 Mart 2019    Oxunub:3249
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinə yeni müdir təyinatı olub.
Azvision.az xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncamla Surə Namidar qızı Seyid Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, S.Seyid bundan əvvəl Naxçıvan Dövlət Universitetində kafedra müdiri və prorektor vəzifələrində çalışıb.

Azvision.az



Teqlər: Naxçıvan   Vasif-Talıbov  





Xəbər lenti