ABŞ-ın yeni səfiri Bakıya gəldi: “Həvəslə gözləyirəm” - (Yenilənib)

  07 Mart 2019    Oxunub : 1926
 ABŞ-ın yeni səfiri Bakıya gəldi: “Həvəslə gözləyirəm” - (Yenilənib)
Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Li Litsenberger martın 7-də ölkəmizə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibə verən diplomat, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, ABŞ səfiri kimi səlahiyyətlərinin icrasına başlamağı, mədəniyyətimizlə tanış olmağı, habelə xalqlarımız və ölkələrimiz arasında əlaqələri dərinləşdirməyi və gücləndirməyi həvəslə gözləyir.

***
ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Örl Litzenberger Bakıya gəlib.

Azvision.az xəbər verir ki, səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra rəsmən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Örl Litzenbergerin bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini 2018-ci ilin dekabrın 13-də təsdiq edib.

Azvision.az

Teqlər: ABŞ   Səfir