Gürcüstandan Rusiyaya gedən yol bağlandı

   Gürcüstandan Rusiyaya gedən yol bağlandı
  08 Mart 2019    Oxunub:2162
Gürcüstandan Rusiya sərhədinə gedən Yuxarı Lars yolunda martın 7-də günün ikinci yarısında bütün növ avtomobillərin hərəkətinə qadağa tətbiq olunub.
Bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb. Yolun bağlanmasına həmin ərazilərə güclü qarın yağması, yolların buz bağlaması və avtomobil magistralı boyunca yaranmış güclü çovğun səbəb olub.

Hazırda yolda Azərbaycan, İran, Gürcüstan, Türkiyə, Rusiya və Ermənistana məxsus xeyli avtomobil dayanıb. (AzərTac)

Azvision.az



Teqlər: Gürcüstan   Rusiya   Yol  





Xəbər lenti