Bu gün xanımların bayramıdır

  08 Mart 2019    Oxunub : 961
 Bu gün xanımların bayramıdır
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Qadınların bayramı ölkəmizdə də qeyd edilir.
8 mart tarixinin Beynəlxalq Qadınlar Qünü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır (Setkin (Zetkin). Klara 5 iyul 1857-ci ildə Almaniyada, Viderau - Saksoniya vilayətində anadan olub). Kənd müəllimi H.Eysnerin ailəsində dünyaya gəlib. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin, 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış edib.

Məhz bu tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxıblar. Onlar 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə eyni maaş tələb edirdilər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində qəpik-quruş alırdılar. Kişilər qəti çıxışlardan sonra 10 saatlıq iş gününə nail olublar. ABŞ-ın bir çox müəssisələrində «həmkarlar ittifaqı» təşkilatı yaranıb. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq qadın üzvlərdən ibarət yeni "həmkarlar ittifaqı" təşkilatı yaranıb. Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq "seçki" hüququnu tələb ediblər.

1911-ci il 19 mart tarixində bu bayram Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olunub. O zaman milyondan artıq kişi və qadın nümayişlərə qatılıb. "Seçmə və rəhbər vəzifələri tutma hüququ"ndan başqa qadınlar kişilərlə bərabər, eyni işləri icraetmə hüququnu da tələb edirdilər.

Rusiyada ilk beynəlxalq qadınlar günü 1913-cü ildə Peterburqda qeyd olunub. Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur.

Azvision.az kollektivi Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı arzulayır.

Teqlər: 8-Mart   Bayram