Narkotik alverçiləri tutuldu - FOTO

Narkotik alverçiləri tutuldu  -   FOTO
  08 Mart 2019    Oxunub:2619
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tülü kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş 46 yaşlı Xalid Bayramov saxlanılıb.



Onun üzərinə şəxsi axtarış keçirilən zaman cibindən 3 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan isə qara rəngli sellofan torbada 4 kq 555 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



Digər məlumata görə Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Vüqar Həsənov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əlində olan sintetik torbanın içərisindən ümumi çəkisi 10 kiloqram 750 qram narkotik vasitə olan “marixuana” aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti