Yolu keçmək istəyən piyadaları maşın vurub öldürdü

   Yolu keçmək istəyən piyadaları maşın vurub öldürdü
  08 Mart 2019    Oxunub:2842
Bu gün səhər saatlarında Abşeron rayonunda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yol qəzalarından biri rayonun Hökməli qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Qobu qəsəbə sakini İ.Ocaqov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini H.Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Digər nəqliyyat hadisəsi isə rayonun Novxanı qəsəbəsi ərazisində baş verib. Belə ki, Sumqayıt şəhər sakini S.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən M.Mütəllimzadəni vurub və nəticədə piyada hadisə yerində keçinib.

Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: Qəza   Piyada   Yol  





Xəbər lenti