​Lənkəranda ikimərtəbəli evdə yanğın olub

​Lənkəranda ikimərtəbəli evdə yanğın olub
  09 Mart 2019    Oxunub:1519
Lənkəran şəhərinin Kənarmeşə kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 1 otağın, aynabəndin və dam ortüyünün yanar konstruksiyaları 65 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti