İrəvan sakini maşınını meriya binası önündə yandırmaq istədi - VİDEO+FOTO

İrəvan sakini maşınını meriya binası önündə yandırmaq istədi -  VİDEO+FOTO
  09 Mart 2019    Oxunub:3849
Ermənistan vətəndaşı hökumətə etiraz əlaməti olaraq özünün “Niva” markalı avtomobilini paytaxt İrəvanın meriya binası önündə yandırmağa cəhd edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, narazı sakin maşınını meriya binasının pilləkənləri ilə sürərək əsas giriş qapısının önündə saxlayıb və uzun müddət orada dayanıb.



Daha sonra sürücü avtomobilinə benzin tökərək yandırmağa çalışıb, lakin buna müvəffəq olmayıb. Hadisə yerinə Ermənistan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis işçiləri cəlb edilib. Aydın olub ki, vətəndaşın bu addımı səbəbi İrəvan meriyasının onun mağazasını sökmək niyyəti ilə əlaqədardır.




Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti