Sərnişin gəmisi balina ilə toqquşub - 87 nəfər yaralanıb

Sərnişin gəmisi balina ilə toqquşub -  87 nəfər yaralanıb
  09 Mart 2019    Oxunub:2376
Yaponiyada Sado adasına doğru irəliləyən sürətli sərnişin gəmisinin balina ilə toqquşması nəticəsində 87 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azvision.az “Kiodo” agentliyinə istinadən xəbər verir ki, yaralılardan 5-nin vəziyyəti ağırdır.

Qeyd olunub ki, insident zamanı gəminin göyərtəsində ümumilikdə 121 sərnişin və 4 ekipaj üzvü olub. Balina ilə toqquşma zamanı gəminin quyruq hissəsində 15 santimetr dərinliyində çat əmələ gəlib və sualtı qanadları zədələnib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Yaponiya  





Xəbər lenti