Şahmat millimiz ABŞ-a qalib gəlib - Yenilənib

  09 Mart 2019    Oxunub : 1361
Şahmat millimiz ABŞ-a qalib gəlib - Yenilənib
Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında Azərbaycan yığması ilk qələbəsini qazanıb.
Beşinci turda Azərbaycan millisi ABŞ yığmasını 3:1 hesabı ilə məğlub edib. Qələbə xallarını yığmamızın aktivinə Arkadi Naydiç və Nicat Abbasov yazdırıblar. Rauf Məmmədov və Qədir Hüseynov isə heç-heçə edib.

***
Martın 9-da şahmat üzrə komandalararası dünya çempionatının beşinci turunun oyunlarına start verilib.

Komandamız ABŞ yığması ilə qarşılaşır. Şahmatçılarımızdan Arkadi Naydiç Dariuş Sverç, Rauf Məmmədov Samuel Sevian, Qədir Hüseynov Aleksandr Onişyuk, Eltac Səfərli Zviyad İzoriya ilə üz-üzə gəliblər.

Dörd turdan sonra komandamızın aktivində cəmi 1 xal var. Rusiya 7 xalla turnir cədvəlində birincidir. Hindistan, ABŞ, İngiltərə hərəyə 6, İran 5, Qazaxıstan 4, Çin 3, İsveç 2 xal toplayıb.

Azvision.az

Teqlər: Şahmat   Milli   ABŞ