Məmmədyarov İranda danışıqları davam etdirir

  Məmmədyarov İranda danışıqları davam etdirir
  09 Mart 2019    Oxunub:2154
İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İran Ali Milli Təhlükəsizik Şurasının katibi Əli Şamxani ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüşdə ikitərəfil əlaqələrin gündəliyində duran məsələlər ilə yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müzakirələr aparıldı. Həmçinin bölgədə təhlükəsizlik, əməkdaşlıq və inkişafa dair ətraflı fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov ikitərəfi iqtisadi münasibətlərdən danışaraq, həmsöhbətinə hazırda həyata keçirilən iqtisadi layihələr barədə məlumat verdi. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiəsinin həlli üzrə danışıqların son vəziyyəti barədə qarşı tərəfi məlumatlandırdı.

Əli Şamxani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiəsinin həlli üzrə İranın mövqeyinin dəyişilməz olduğunu qeyd etdi. O, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh və diplomatic danışıqlar yolu ilə həllinin dəstəklənildiyini vurğuladı.

Tərəflər arasında, həmçinin regionda təhlükəsizliyə təhdid olan İŞİD və digər terror qruplaşmalarına qarşı birgə mübarizə məsələləri müzakirə edildi.

Azvision.az



Teqlər: XİN  





Xəbər lenti