Odessada Azərbaycan və Ermənistan vətəndaşları bıçaqlandı

  09 Mart 2019    Oxunub : 1604
 Odessada Azərbaycan və Ermənistan vətəndaşları bıçaqlandı
Ukraynanın Odessa şəhərində cinayət hadisəsi baş verib.

Azvision.az xəbər verir ki, naməlum şəxs gecə klublarından birinin qarşısında iki nəfəri bıçaqlayaraq hadisə yerindən qaçıb.
İnsident zamanı xəsarət alan şəxslərdən birinin Azərbaycan, digərinin isə Ermənistan vətəndaşı olduğu bildirilir.

Cinayətin hansı zəmində baş verdiyi, kim tərəfindən törədilməsi barədə əlavə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Odessa