Ərdoğan ABŞ-ın təhdidlərinə cavab verdi

 Ərdoğan ABŞ-ın təhdidlərinə cavab verdi
  10 Mart 2019    Oxunub:2922
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı ABŞ-ın təhdidlərinə münasibət bildirib.

Azvision.az -ın məlumatına görə, Ərdoğan vurğulayıb ki, Türkiyənin “S-400”ləri nə üçün və hansı şərtlərlə aldığı hər kəsə aydındır.
"Bunun NATO ilə, "F-35"lə, ABŞ-ın təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur. Məsələ “S-400”lərdə deyil. Əsas səbəb Türkiyənin başda Suriya olmaqla bölgədə baş verən hadisələrdə öz idarəsi ilə hərəkət etməsidir. Bu gün bizə təzyiq edənlərin torpaqlarımız terrorçuların bombalarına məruz qalanda həmin sistemləri necə aldığını unutmadıq", -deyə Ərdoğan ABŞ-a cavab verib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı Türkiyəyə növbəti dəfə xəbərdarlıq edib. Pentaqonun mətbuat katibi Çarlz Sammers “S-400” sistemlərini əldə edəcəyi təqdirdə Ankaranı ağır nəticələrin gözlədiyini, xüsusən də, müdafiə sferasında Vaşinqtonla əlaqələrin pisləşəcəyini bəyan edib.

Sammers onu da bildirib ki, “S-400”lərin tədarükü Türkiyənin ABŞ-ın 5-ci nəsil “F-35” qırıcı təyyarələrinin və “Patriot” hava hücumundan müdafiə istemlərinin alışını riskə atır.

Azvision.az



Teqlər: Ərdoğan   ABŞ  





Xəbər lenti