Dəhşətli təyyarə qəzası: 157 nəfər ölüb - (Yenilənib)

Dəhşətli təyyarə qəzası:  157 nəfər ölüb - (Yenilənib)
  10 Mart 2019    Oxunub:18473
Efiopiyada “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində 33 ölkədən olan 149 sərnişin və 8 ekipaj üzüvünün hamısı həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb. Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

***
(13:07)

Efiopiyada sərnişin təyyarəsi qəzaya uğrayıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Keniyanın Nayrobi şəhərinə uçuş zamanı baş verib

"Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsinin göyərtəsində 157 nəfər (149 sərnişin, 8 heyət üzvü) olub. Hadisə nəticəsində ölənlərin olduğu bildirilsə də, dəqiq say açıqlanmayıb.

Efiopiyanın baş naziri Abiy Əhməd Əli "Tvitter" hesabında ölənlərin yaxınlarına başsağlığı verib.

Azvision.az



Teqlər: Təyyarə   Qəza  





Xəbər lenti