Azərbaycan NATO-nun Kodifikasiya Sisteminə qoşulub

  Azərbaycan NATO-nun Kodifikasiya Sisteminə qoşulub
  11 Mart 2019    Oxunub:2759
Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə Bakıda səfərdə olan NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinə NKS haqqında ətraflı məlumat verilib.

Müdafiə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbirlərdə sistemin təqdimatı keçirilib, həmçinin onun faydaları, qoşulma prosedurları və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Azvision.az



Teqlər: Azərbaycan   NATO  





Xəbər lenti