“ASAN” Göyçayda – FOTO

  15 Noyabr 2013    Oxunub : 409
“ASAN” Göyçayda – FOTO
“ASAN” Xidmət Mərkəzi 810 nəfər Ağdaş və Göyçay sakininə səyyar şəkildə xidmət göstərib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “ASAN” Xidmət Mərkəzi hazırda AğdaşGöyçay rayonlarının sakinləri üçün səyyar xidmət göstərir. AzVision.az xəbər verir ki, hazırda xidmət mərkəzinin səyyar avtobusları Ağdaş şəhərindədir və noyabrın 22-dək davam edəcək xidmətdən iki rayonun ümumi sayı 210 mindən çox olan sakini yararlana biləcək. Noyabrın 11-dən bu günədək AğdaşGöyçay rayonlarından 1200 vətəndaş xidmət mərkəzinə müraciət etmiş, 810 nəfərə müxtəlif sahələr üzrə xidmət göstərilib.

Vətəndaşlara səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə FonduƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi daxildir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsidir.

Bu günədək səyyar “ASAN xidmət” çərçivəsində 19 məntəqədə 34 rayonun 50 mindən artıq sakininə müvafiq dövlət orqanlarının xidmətləri göstərilmişdir. Ümumilikdə isə 22 məntəqədə 41 rayonun sakininə səyyar xidmət göstərilməsi planlaşdırılır.

Foto


Teqlər: