Rusiyada internet məhdudiyyətinə görə etiraz aksiyası keçirilib

Rusiyada internet məhdudiyyətinə görə etiraz aksiyası keçirilib
  11 Mart 2019    Oxunub:2497
Rusiyanın paytaxtı Moskvada internet azadlığına qoyulan məhdudiyyətlə əlaqədar etiraz aksiyası keçirilib.
Azvision.az “NTV”yə istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi aksiyada 7 minə yaxın insanın iştirak etdiyini bildirib. Müxalifət isə etirazlara 15 mindən çox adamın qatıldığını iddia edir.



Qeyd olunur ki, əllərində “İnternetə azadlıq”, “Putin yalan danışır” və digər şüarların yazıldığı plakatları tutan etirazçılar prezident Vladimir Putinin rəhbərlik etdiyi hökumətin internetdəki yayınlara tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılmasını tələb ediblər. Aksiya zamanı polis bir neçə plakatı müsadirə, 28 nəfəri isə həbs edib.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Moskva   İnternet   Rusiya   Aksiya  





Xəbər lenti