Miqrasiya Xidmətinin ildönümünə həsr edilən yarışma keçirilib - FOTO

Miqrasiya Xidmətinin ildönümünə həsr edilən yarışma keçirilib -  FOTO
  11 Mart 2019    Oxunub:2465
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci ildönümünə həsr edilmiş “Breyn-Rinq” intellektual yarışması keçirilib.
DMX-dan Azvision.az -a verilən məlumata görə, “Caspian Business Hotel”də təşkil olunan tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və “Breyn-Rinq” intellektual yarışmasına qatılan komandalara uğurlar arzulayıb.



İntellekt yarışında Xidmət əməkdaşlarından ibarət 12 komanda qələbə uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən “Breyn-Rinq” oyununun qalibi “Pleymeyker-12” komandası olub. “İdea” komandası ikinci, “Xəzinə” isə üçüncü yeri tutub.



Qalib və mükafatçılar kubok və medallarla təltif olunublar. Bilik yarışmasının ən fəal iştirakçılarına isə xatirə hədiyyələri təqdim olunub.

Azvision.az


Teqlər: DMX  





Xəbər lenti