NATO-dan Qarabağ açıqlaması: “Uğurlu hərbi variant yoxdur”

 NATO-dan Qarabağ açıqlaması:    “Uğurlu hərbi variant yoxdur”
  12 Mart 2019    Oxunub:2444
“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər”
Azvision.az xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda jurnalistlərə açıqlamasında deyib.

NATO rəsmisi qeyd edib ki, münaqişənin uğurlu hərbi həll yolu yoxdur: “Biz münaqişələrin həlli prosesinə cəlb olunmamışıq, ancaq müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülhə maraqlıdırlar. NATO-nun rəyinə əsasən, Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər, uğurlu hərbi variant yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırırıq”.

Azvision.az



Teqlər: NATO   Qarabağ  





Xəbər lenti