Nəcməddin Sadıkov Bolqarıstanda danışıqlar aparır - FOTOLAR

  Nəcməddin Sadıkov Bolqarıstanda danışıqlar aparır -    FOTOLAR
  12 Mart 2019    Oxunub:2282
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Bolqarıstan Respublikasına rəsmi səfəri başlayıb.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ilk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib, önünə əklil qoyub.



Sonra general-polkovnik N.Sadıkov Bolqarıstanlı həmkarı general Andrey Botsev ilə görüşüb.

Qonaqları salamlayan general A.Botsev vurğulayıb ki, Bolqarıstan Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan ilə Bolqarıstan arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.



Bolqarıstana səfərindən məmnunluğunu bildirən general-polkovnik N.Sadıkov ölkələrimiz arasında hərbi münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini xüsusi qeyd edib.



Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahədə mövcud əməkdaşlığın perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.





Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   NəcməddinSadıkov  





Xəbər lenti