12 sığorta agentinin lisenziyası ləğv edilib - SİYAHI

  12 sığorta agentinin lisenziyası ləğv edilib -    SİYAHI
  12 Mart 2019    Oxunub:5599
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 3 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.
Bu barədə Azvision.az -a Palatadan məlumat verilib.

Bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 11 mart 2019-cu il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Səlimov Ervin Camal oğlu, Əmrəliyeva Gültəkin Faiq qızı və Mirzəyev Emin Alim oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

Eyni zamanda, Palatanın İdarə Heyətinin qərarı ilə bir sıra fiziki şəxslərə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halların aradan qaldırılmaması ilə bağlı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 11 mart 2019-cu il tarixli qərarı ilə siyahıda adları qeyd edilən şəxslərə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.



Azvision.az



Teqlər: Sığorta   Lisenziya   Palata  





Xəbər lenti